CƏZALANDIRMAQ YOXSA MÜKAFATLANDIRMAQ?

Hansı yaxşıdır, mükafat, yoxsa cəza? Əslində heç birisi. Mükafatlar və cəzalar şərtidir, amma bizim övladlarımıza olan sevgimiz qeyri-şərtsiz olmalıdır. Onda belə çıxır mükafatlar yaxşı seçimdir, elə deyil? Əksər valideynlər cəzalandırılaraq böyüdülürlər, ona görə də onların eyni metoda etibar etmələri hardasa başa düşüləndir. Lakin cəzalar münaqişəni qızışdırır, öyrənməyin qarşısını alır. Cəza uşağın özünü qorumaq reaksiyasını gücləndirir, beləliklə də prefrental korteksdəki ağıllı düşünmək funksiyası zəifləyir və müdafiə mexanizmi işə düşür. Cəzalar bizi üsyankara çevirir, utanc hiss etdirir, ya da qəzəbləndirir, duyğularımızı basdırır, özümüzü necə ələ verməyəcəyimiz düşüncəsini tətikləyir. Bu mənada artıq böyümüş 4 yaşlı uşağın müqaviməti pik həddə çata bilər.

Buna görə də tələsməyin. Mükafat cəzanın hiyləgər əkizidir. Ailələr onları şirnikləndirici hesab edir, çünki mükafatlandırmaqla uşağa dərhal nəzarət etmək olar. Amma onun təsiri azala, hətta əks istiqamət ala bilər. Onilliklər boyunca psixoloqlar mükafatlandırmanın bizim təbii motivasiyamızı və zövqümüzü azalda biləcəyini deyiblər. Məsələn, şəkil çəkməyi sevən uşaqlar bir dəfə təcrübəyə cəlb olunublar və onlardan pul alanların almayanlardan daha az şəkil çəkdikləri məlum olub. Nəyəsə töhvə vermək üçün mükafatlandırılan uşaqların fəaliyyəti daha azdır. Psixoloqların “hədsiz əsaslandırma effekti” (overjustification effect) adlandırdıqları şey də elə budur – xaricdən gələn mükafat uşağın daxili motivasiyasına kölgə salır.

Mükafat və cəzalandırmalarla bağlı ümumi konsepsiya uşaqlarla bağlı mənfi gümanlara əsaslanır – belə ki, onlar nəzarət edilməyə və bizdən göstərişlər almağa ehtiyac duyurlar və onların yaxşı niyyətləri yoxdur. Amma biz həqiqətən görməyi bacarsaq, anlayarıq ki, uşaqlar bacarıqlıdırlar, onlarda empatiya, əməkdaşlıq, komanda və zəhmətkeşlik qabiliyyətləri var. Bu cür perspektiv bizim uşaqlarla güclü metodlarla necə davranacağımıza töhvə verə bilər.
Mükafatlar və cəzalar şərtidir, lakin bizim uşaqlarımıza olan sevgimiz və müsbət yanaşmamız qeyri-şərtsiz olmalıdır. Faktiki olaraq biz empatiya ilə hərəkət etsək və uşaqlarımızı həqiqətən dinləsək, onlar böyük ehtimalla bizi dinləyəcəklər.