Bağçamız

Brave Kids Uşaq Bağçası ideal infrastruktura sahib, müasir memarlığın mükəmməl nümunələrindən olan Ağ Şəhər-də yerləşir. Yaxınlığında iki park olan bağça geniş həyəti və terası ilə uşaqlarınızın rahatlığını təmin edir. Bağçadan həmçinin, Fəvvarələr Meydanına və Ağ Şəhər Bulvarına rahat çıxış imkanı var.

Bağçada proqram müxtəlif  yaş qruplarına müvafiq olaraq müasir və beynəlxalq təhsil metodlardan istifadə olunmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təqdim etdiyi Milli Kurikulum Proqramına tam uyğun şəkildə hazırlanmışdır. Dərslər 3 dildə - azərbaycan, rus və ingilis dillərində, 13-15 nəfərlik qruplarda tərbiyəçi, köməkçi və dayə tərəfindən aparılır. Əlavə olaraq bağçada bir sıra dərnəklər və müxtəlif klublar da fəaliyyət göstərir. Məqsədimiz uşaqların fiziki, psixoloji, intellektual, məntiqi inkişaflarını təmin edəcək mühit yaradaraq ölkəmiz üçün sağlam, müasir və xoşbəxt gələcək nəsil formalaşdırmaqdır. Bağçada uşaqların yaş qruplarına uyğun olaraq aşağıdakı inkişaf proqramları icra olunur:

  • Erkən İnkişaf Proqramı (2-3 Yaş)
  • Məktəbəqədər İnkişaf Proqramı (3-5 Yaş)
  • Məktəbə Hazırlıq Proqramı (5-6 Yaş)

 

Bağçaya qəbul aşağıdakı yaş qrupları üzrə aparılır:

  • Kiçik qruplar (1,5-3 yaş)
  • Orta qruplar (3-4 yaş)
  • Böyük qruplar (4-5 yaş)
  • Məktəbəqədər hazırlıq (5-6 yaş)